"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ASAN könüllüləri “ASAN Radio” - nun qonağı olub

--2017-08-12 / 11:22

Binəqədi rayonu icra Hakimiyyətinin təşəbbüsü ilə RiH-də təcrübə keçən 10-cu qrup ASAN könüllüləri 12 Avqust “Beynəlxalq Gənclər Günü münasibətilə  “ASAN Radio” nun qonağı olub. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

ilk öncə “ASAN Radio”  nun rəhbərliyi ilə görüş keçirilibdir. 

Görüşdə “ASAN Radio” nun direktoru Emin Musavi, Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Leyla Kərimova, Rayon Gənclər və idman idarəsinin əməkdaşı Rüfət əhmədov, Binəqədi rayon icra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri iştirak etmişdirlər.

Səmimi keçən görüşdə “ASAN Radio”nun direktoru Emin Musavi gəncləri salamlamış və “ASAN Radio” haqqında geniş məlumat vermişdir. Natiq çıxışında Binəqədi rayonunda son illərdə gedən abadlıq-quruculuq işlərindən, o cümlədən, rayonun saytının, facebook səhifəsinin operativliyindən söz açmışdır. Qeyd etmişdir ki, KiV  günümüzün aktual hissəsini kəsb edir və Binəqədi rayonunda bu işlərin düzgün təşkil edilməsi müsbət haldır.

Sonra çıxış edən Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayon icra Hakimiyyətinin rəhbərliyinin salamlarını çatdırmış və “ASAN Radio”nun kollektivini 12 Avqust “Beynəlxalq Gənclər Günü münasibətilə təbrik etmişdir.

Daha sonra Binəqədi rayon icra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri öz səmimi fikirlərini bölüşmüşdürlər.

Görüşdən sonra “ASAN Radio” nun inzibati binası ilə tanışlıq olmuş və sonda Binəqədi rayon icra Hakimiyyəti tərəfindən “ASAN Radio” suna  hədiyyə edilən tort kəsilmişdir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında test yayıma başlamış və bu gün  öz fəaliyyətini uğurla davam etdirir.

Belediyye.info

 

ŞƏRHLƏR